"Rapid" "Neftçi" ilə oyundan öncə xal itirib

"Rapid" "Neftçi" ilə oyundan öncə xal itirib "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Rapid" (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.
Futbol
7 Avqust , 2022 20:53
Rapid Neftçi ilə oyundan öncə xal itirib

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Rapid" (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Vyana təmsilçisi III turda Lustenau "Austriya"sını qəbul edib. "Alyants" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqştaller, qonaqlardan isə 70-ci dəqiqədə Stefano Surdanoviç fərqləniblər. 57-ci dəqiqədə paytaxt klubundan Ante Bayiç ikinci sarı vərəqəni alaraq. meydandan qovulub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Rapid" 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Vyanada keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:1.

Son xəbərlər

Orphus sistemi