"Neftçi" ilə oyundan əvvəl çox əsəbi deyiləm".
"Report"un məlumatına görə, bunu "Rapid" (Vyana) komandasının baş məşqçisi Ferdinand Feldhofer evdə "Austriya" (Lustenau) ilə 1:1 hesablı heç-heçə etdikləri Avstriya Bundesliqasının 3-cü tur matçından sonra deyib.
42 yaşlı mütəxəssis gərgin həftədən sonra komandanın bir gün istirahət edəcəyini bildirib: "Çempionat matçından sonra əminəm ki, cümə axşamı hər şey yaxşı gedəcək".
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.