"Real Madrid"in kapitanı Çin klubuna keçmək üçün müqaviləsinin ləğvini istəyib

"Real Madrid"in kapitanı Çin klubuna keçmək üçün müqaviləsinin ləğvini istəyib İspaniyanın Real Madrid komandasının kapitanı Serxio Ramos karyerasını Çində davam etdirməyi planlaşdırır.
Futbol
27 May , 2019 20:51
Real Madridin kapitanı Çin klubuna keçmək üçün müqaviləsinin ləğvini istəyib

İspaniyanın "Real Madrid" komandasının kapitanı Serxio Ramos karyerasını Çində davam etdirməyi planlaşdırır.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun üçün Madrid təmsilçisinin prezidenti Florentino Pereslə görüşüb. 

İspaniyalı müdafiəçi müqaviləsinin ləğvini və Çin komandalarından birinə keçməyi istəyib.

Daha öncə təcrübəli oyunçunun "kral klubu"nda qalmaq istəmədiyi bildirilib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real Madrid"də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi