Ramin Musayev: "Şuşada stadion tikiləcək"

Ramin Musayev: "Şuşada stadion tikiləcək" 44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad olunmuş Şuşa şəhərində stadion tikiləcək
Futbol
25 May , 2021 00:24
Ramin Musayev: Şuşada stadion tikiləcək
Ramin Musayev

44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad olunmuş Şuşa şəhərində stadion tikiləcək.

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

PFL rəhbəri deyib ki, stadionların inşası ilə bağlı məlumatı var: "Bu barədə söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq Abdullayev və ya Elxan Məmmədovu nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün nəsə desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün edirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli Şuşanın stadionu da olacaq".

Musayevin sözlərinə görə, Şuşada stadion olduqdan sonra futbol arenası ətraf rayonlarda da tikiləcək: "Ağdamda stadion 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa, millimizə futbolçu axtarmaq da lazım deyil".

Qeyd edək ki, finalda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Keşlə" tarixində 2-ci dəfə ölkə kubokuna sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi