Ramin Musayev: "Qələbə münasibəti ilə Ali Baş Komandana təşəkkür edirəm"

Ramin Musayev: "Qələbə münasibəti ilə Ali Baş Komandana təşəkkür edirəm" "Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günləri xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərə rəhmət diləyirəm, qazilərə işə şəfa arzulayıram".
Futbol
24 Noyabr , 2020 13:09
Ramin Musayev: Qələbə münasibəti ilə Ali Baş Komandana təşəkkür edirəm
Ramin Musayev

"Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günlərdə xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram".

"Report" xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümü üçün Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

PFL rəhbəri bildirib ki, ötən mövsüm koronavirusa görə ölkə kubokunun finalı baş tutmayıb: "Arzu edirik ki, bu il yarışı başa vurmaq bizə nəsib olsun. Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, kubokun finalını Qarabağda keçirərik. Bu, tək bizdən asılı deyil. Qarabağdakı vəziyyəti hamı bilir. Stadion hazır olarsa, böyük fəxrlə həlledici matçı orada təşkil edərik. Əgər hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".

Musayev kubokun reqlamentində dəyişiklik edilmədiyini sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi