Ramin Musayev: "Qəbələdəki oyunu təcrübəli baş hakim idarə etməlidir"

Ramin Musayev: "Qəbələdəki oyunu təcrübəli baş hakim idarə etməlidir" "Fariz Yusifov kimi təcrübəli referinin idarə etməsi daha doğru olar"
Futbol
1903
16 Fevral , 2017 17:57
Ramin Musayev: Qəbələdəki oyunu təcrübəli baş hakim idarə etməlidir

Bakı. 16 fevral. REPORT.AZ/ "Xaqani Məmmədovdan xahiş etdim ki, Qəbələyə təcürbəsi çox olan hakim göndərsin". 

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev "Qəbələ" və "Qarabağ" arasında Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək oyuna hakim təyinatları barədə danışarkən deyib. 

Təşkilatçı qurumun rəhbəri bildirib ki, oyunu Fariz Yusifov kimi təcrübəli referinin idarə etməsi daha doğru olar: "Həmin matça gənc hakim təyin etmək yanlışlıq olar. Həmin referi Fariz Yusifovdurmu? Yalan deyə bilmərəm, çünki təyinatlarla tanış deyiləm. Ancaq fikrimcə, Qəbələdəki oyuna yəqin ki, o, təyinat alacaq. Yusifov idarə etsə, yaxşı olar".

Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi