Ramin Musayev: "2020/2021 mövsümündə Premyer Liqada 10 komanda olmalıdır"

Ramin Musayev: "2020/2021 mövsümündə Premyer Liqada 10 komanda olmalıdır" Futbol bayramını qeyd edirik, klublarımızı təbrik edirəm. Avrokuboklarda iki klubumuz mübarizəni davam etdirir. Onlara uğurlar arzulayıram.
Futbol
5 Avqust , 2019 15:29
Ramin Musayev: 2020/2021 mövsümündə Premyer Liqada 10 komanda olmalıdır
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev / Report / Firi Salim

"Futbol bayramını qeyd edirik, klublarımızı təbrik edirəm. Avrokuboklarda iki klubumuz mübarizəni davam etdirir. Onlara uğurlar arzulayıram".

"Report" xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın 2019/2020 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, hər zaman güclü qalib olsun: "Klublar ölkədən kənarda da bizi sevindirsin. "Neftçi"nin Rusiya "Arsenal"ı üzərində qələbəsindən sonra 2 gün telefonum susmadı. Rusiyadan çoxsaylı zənglər gəlirdi. 2020/2021 mövsümündə Premyer Liqada 10 komanda olmalıdır. Daha gərgin çempionat izləyəcəyik. Ötən mövsüm bunu hiss etmədik. İndiki vəziyyətdə bu heç də pis deyil. Çempionatımızda hər zaman haqq-ədalət var. Kim güclüdürsə, o da qalib gələcək".

Musayev deyib ki, PFL-in adı dəyişməyəcək: "PFL yaranandan hələ olmayıb ki, 1-ci, 2-ci yeri tutan komanda öz sözünü deməsin. Hər mövsümdə olduğu kimi, kim güclüdürsə, o da qalib gələcək".

Son xəbərlər

Orphus sistemi