Ramil Şeydayevin yeni komandası açıqlanıb - RƏSMİ

Ramil Şeydayevin yeni komandası açıqlanıb - RƏSMİ Azərbaycan millisinin hücumçusu Rusiya klubu ilə müqavilə bağlayacaq
Futbol
146
16 Avqust , 2018 14:12
Ramil Şeydayevin yeni komandası açıqlanıb - RƏSMİ

Bakı. 16 avqust. REPORT.AZ/ Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə müqavilə bağlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi Twitter səhifəsində bildirilir. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı çıxış edib. Şeydayev 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla sözləşmənin tezliklə imzalanacağı açıqlanıb.

Qeyd edək ki, Ramil Şeydayev avqustun 9-da Türkiyənin "Trabzonspor" klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. "Krılya Sovetov" isə Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi