Ramil Şeydayev: "Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm"

Ramil Şeydayev: "Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm" Bakı. 9 mart. REPORT.AZ/ Ümidvaram ki, havaya girmişəm və qollar vurmağa davam edəcəyəm. Bu gün qol vurduğum və komanda qalib gəldiyi üçün şadam. İndi turnir baxımından bizə asan olacaq, komandada isə özünə əminlik yaranıb. İki oyuna 4 xal toplamışıq. Bundan sonrası daha yaxşı olacaq.
Futbol
9 Mart , 2019 19:30
Ramil Şeydayev: Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm

Bakı. 9 mart. REPORT.AZ/ "Ümidvaram ki, havaya girmişəm və qollar vurmağa davam edəcəyəm. Bu gün qol vurduğum və komanda qalib gəldiyi üçün şadam. İndi turnir baxımından bizə asan olacaq, komandada isə özünə əminlik yaranıb. İki oyuna 4 xal toplamışıq. Bundan sonrası daha yaxşı olacaq".

"Report"un məlumatına görə, bunu "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Yenisey" üzərində 4:0 hesabı ilə qələbə qazandıqları Rusiya Premyer Liqasının XIX tur matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

23 yaşlı hücumçu vurduğu 4-cü qol barədə danışıb:

"Top çönərək mənə gəldi və qol vurdum. Əlbəttə, komanda yoldaşım məndən əvvəl vura bilərdi. Amma futbolda hər şey olur".

Şeydayev ötən tur Moskva "Lokomotiv"i ilə səfər matçında da qol vurduğu halda, bugünkü qarşılaşmada ehtiyatda qalmasından üzüntü duymadığını söyləyib:

"Bu, baş məşqçimiz Miodraq Bojoviçin qərarıdır. Hörmətlə yanaşmaq və ən əsası, əhvalı pozmadan işləməyə davam etmək lazımdır".

Gənc forvard "Krılya Sovetov"da daxili ab-havanın müsbət olduğunu da vurğulayıb. Onun sözlərinə görə, meydanda baş verənlər paltardəyişmə otağına da sirayət edir:

"Bizim komandada yaxşı ab-hava var, biz yaxşı oyun sərgiləyirik".

Şeydayev bu qələbədən sonra 8-ci pilləyə yüksələn "Krılya Sovetov"un mövqeyini qoruyub-qorumamasının gələcək oyunlardan asılı olacağını da əlavə edib:

"Baxacağıq. Bizə oyundan-oyuna irəli getmək lazımdır. Artıq qış fasiləsindən sonra 4 xal qazanmışıq. İndi isə "Anji"ni udmalıyıq. Biz hər bir oyunda qalib gəlməliyik. Mövsümün sonunda isə "8-liy"ə düşüb-düşmədiyimizə baxacağıq".

Son xəbərlər

Orphus sistemi