Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurub

Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurub Futbol üzrə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Krılya Sovetov komandası Rusiya Premyer Liqasında XVI turdan təxirə salınmış oyununu keçirib.
Futbol
3 Aprel , 2019 19:54
Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurub

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası Rusiya Premyer Liqasında XVI turdan təxirə salınmış oyununu keçirib.

"Report" xəbər verir ki, Samara təmsilçisi səfərdə "Orenburq"la üz-üzə gəlib. Qarşılaşma "Krılya Sovetov"un məğlubiyyəti ilə yekunlaşıb - 1:3. 

Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. 23 yaşlı hücumçu 7-ci dəqiqədə cərimə meydançasında əllə oynayıb və "Orenburq" 8-ci dəqiqədə penaltidən hesabı açıb. 

Azərbaycan millisinin hücumçusu 12-ci dəqiqədə penaltidən fərqlənməklə tarazlığı bərpa edib. "Krılya Sovetov" qarşıdakı dəqiqələrdə qapısından daha iki top buraxıb. 

Qeyd edək ki, Samara klubu hazırda turnir cədvəlində 24 xalla 11-ci pillədə qərarlaşıb. "Orenburq" isə 29 xalla 8-ci yerdədir. Ramil Şeydayev bu turda da fərqlənməklə cari mövsüm Premyer Liqadakı qollarının sayını 4-ə yüksəldib. 

Son xəbərlər

Orphus sistemi