Ramil Şeydayev Moskva klubu ilə müqavilə bağlayıb

Ramil Şeydayev Moskva klubu ilə müqavilə bağlayıb Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna keçib.
Futbol
2 İyul , 2019 17:47
Ramil Şeydayev Moskva klubu ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna keçib.

“Report” klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.

Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada 18 oyunda 4 qol vurub.

Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi