Ramil Şeydayev Moskva "Dinamo"sunda növbəti oyununu keçirib

Ramil Şeydayev Moskva "Dinamo"sunda növbəti oyununu keçirib Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Moskva Dinamosunun heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Futbol
18 Avqust , 2019 22:15
Ramil Şeydayev Moskva Dinamosunda növbəti oyununu keçirib

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Moskva "Dinamo"sunun heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 23 yaşlı hücumçu çempionatın VI turunda evdə Lokomotiv"ə qarşı paytaxt derbisində forma geyinib. Start heyətdə yer alan Şeydayev sonadək meydanda olub. Lakin o, komandasının 1:2 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.

Hesabı 3-cü dəqiqədə "Dinamo"dan Maksimilian Filipp açsa da, Aleksey Mirançuk 28-ci dəqiqədə penalti ilə bərabərlik, 82-ci dəqiqədə idə Anton Mirançuk qələbə toyunu vurub.

Bu nəticədən sonra "Dinamo" 5 xalla 13-cü pilləyə enib. Xallarını 13-ə çatdıran "Lokomotiv" isə ikincidir.

Son xəbərlər

Orphus sistemi