Ramil Şeydayev: "Azərbaycan millisində olmağımdan çox şadam"

Ramil Şeydayev: "Azərbaycan millisində olmağımdan çox şadam" Azərbaycan milli komandasının debütantı Ramil Şeydayev bu gün jurnalistlərə açıqlama verib
Futbol
2205
1 Sentyabr , 2016 20:34
Ramil Şeydayev: Azərbaycan millisində olmağımdan çox şadam

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Yalnız pozitiv emosiyalara malikəm. Şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm". 

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının debütantı Ramil Şeydayev bu gün jurnalistlərə açıqlamasında bildirib. 

Türkiyənin "Trabzonspor" klubunun hücumçusu millimizdə özünü yaxşı göstərmək üçün həm oyunda, həm də məşqlərdə var-gücü ilə çalışacağını bildirib: "Ümid edirəm ki, bizdə hər şey alınacaq. Millidə olmaq futbolçu üçün yaxşı şansdır. Nə qədər çox oynasan, sənin üçün bir o qədər yaxşıdır". 

Son xəbərlər

Orphus sistemi