Ağabala Ramazanov: "Virusdan qorunmaq üçün nə tapşırıqlar verilibsə, onları edirəm"

Ağabala Ramazanov: "Virusdan qorunmaq üçün nə tapşırıqlar verilibsə, onları edirəm" Karantin rejimi millətimizi qorumaq üçün atılmış addımdır. Bütün bunlara hörmətlə yanaşmalı və görülən tədbirlərə əməl etməliyik.
Futbol
29 Mart , 2020 11:00
Ağabala Ramazanov: Virusdan qorunmaq üçün nə tapşırıqlar verilibsə, onları edirəm

"Karantin rejimi millətimizi qorumaq üçün atılmış addımdır. Bütün bunlara hörmətlə yanaşmalı və görülən tədbirlərə əməl etməliyik". 

Bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin və Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov koronavirusa görə ölkədəki vəziyyətlə bağlı danışarkən deyib. 

27 yaşlı hücumçu bütün dünyada bu virusdan xilas olmaq üçün bir sıra işlərin həyata keçirildiyini xatırladıb. O, özünün də ciddi qorunmağa çalışdığını söyləyib: "Vaxtımın çox hissəsini ailəmlə keçirirəm. Virusdan qorunmaq üçün maksimum dərəcədə nə tapşırıqlar verilibsə, onları edirəm. Özümü və ailəmi qorumağa çalışıram".

Təcrübəli forvard Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi yardım etmək istədiyini də vurğulayıb: "Bu barədə düşünürəm. Ancaq məbləği açıqlamaq istəmirəm. Ehtiyacı olanlara da yardım etmək üçün əlimdən nə gəlirsə, edirəm". 

Qeyd edək ki, daha öncə "Qarabağ" klubu Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olub. Ağdam təmsilçisinin futbolçuları 50 min manat, baş məşqçi Qurban Qurbanov isə 20 min manat ianə edib. Eyni zamanda "Neftçi"nin idman direktoru Ceyhun Sultanov Fonda 1 000 manat ödəyib. 

Son xəbərlər

Orphus sistemi