Rail Məlikov: "Məşqçilik təklif edilib, karyeramı bitirmək istəmirəm"

Rail Məlikov: "Məşqçilik təklif edilib, karyeramı bitirmək istəmirəm" "Mənə "Sumqayıt" klubunda işləmək təklif olunub. Hələ ki, futbolçu karyeramı başa vurmaq istəmirəm. Amma yekun qərarımıyaxın günlərdəverəcəyəm".
Futbol
1378
15 Avqust , 2020 12:37
Rail Məlikov: Məşqçilik təklif edilib, karyeramı bitirmək istəmirəm

"Mənə "Sumqayıt" klubunda işləmək təklif olunub. Hələ ki, futbolçu karyeramı başa vurmaq istəmirəm. Amma yekun qərarımı yaxın günlərdə verəcəyəm". 

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"la yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib. 

35 yaşlı müdafiəçi bildirib ki, futbolla vidalaşsa, məşqçi kimi fəaliyyətə başlayacaq. Məlikov Azərbaycan Premyer Liqası başlasa da, qərar vermək barədə tələsmədiyini sözlərinə əlavə edib: "Karyeramı ölkə xaricində davam etdirə bilərəm. Hələ ki, fikirləşirəm. Bəlkə Azərbaycan çempionatında oynadım, heç nə bəlli deyil. Karyeramı bitirsəm, məşqçi kimi işləyəcəyəm, bu, dəqiqdir".

Qeyd edək ki, "Sumqayıt" Rail Məlikova əvəzedici komandanın məşqçilər korpusunda yer almağı təklif edib. "Gənclik şəhəri" təmsilçisi 2016-cı ildən klubda çıxış edən Rail Məlikovla bu yay yollarını ayırıb. 2004 - 2011-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş müdafiəçi ölkədə "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın da formasını geyinib. Məlikov 2014/2015 mövsümündə Türkiyədə "Denizlispor"da legioner həyatı yaşayıb. 

Son xəbərlər

Orphus sistemi