Rahil Məmmədov: “Qarabağ”da birinci və ikinci heyət anlayışı yoxdur”

Rahil Məmmədov: “Qarabağ”da birinci və ikinci heyət anlayışı yoxdur” Bakı. 24 sentyabr. REPORT.AZ/ Çətin oyun oldu, asan qalib gəldiyimizi deməzdim. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Əlimizə düşən fürsətlərdən yaxşı yararlandıq.
Futbol
24 Sentyabr , 2018 03:56
Rahil Məmmədov: “Qarabağ”da birinci və ikinci heyət anlayışı yoxdur”

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Çətin oyun oldu, asan qalib gəldiyimizi deməzdim. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Əlimizə düşən fürsətlərdən yaxşı yararlandıq".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Rahil Məmmədov Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ" üzərində 4:1 hesablı qələbədən sonra söyləyib.

23 yaşlı mərkəz müdafiəçisi bildirib ki, “Qarabağ”da birinci və ikinci heyət anlayışı yoxdur: "Qarabağ"ın rahat çempion olacağını deməzdim. Hələ çempionat yeni başlayıb. Bizdə birinci və ikinci heyət anlayışı yoxdur. Hamı məşqdə eyni hazırlaşır, güc qoyur. Öncədən Avroliqada bu, çempionatda digər heyətin oynayacağı bilinmir. Hər kəs hazır olur. 

Rəqabət olan klubda irəliləyiş də olur. Kluba xeyirli olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram".

Son xəbərlər

Orphus sistemi