Rahid Əmirquliyev: "Başqa klubla danışıq aparmaq hörmətsizlik olardı"

Rahid Əmirquliyev: "Başqa klubla danışıq aparmaq hörmətsizlik olardı" "Müqaviləm bitəndə ilk fikrim "Səbail"lə danışıqlar aparmaq idi, hər halda 4 ildir burdayam, başqa klubla danışıq aparmağım hörmətsizlikdir olardı".
Futbol
7 İyul , 2022 11:43
Rahid Əmirquliyev: Başqa klubla danışıq aparmaq hörmətsizlik olardı
Rahid Əmirquliyev

"Müqaviləm bitəndə ilk fikrim "Səbail"lə bağlı idi. Hər halda 4 ildir burdayam, başqa klubla danışıq aparmağım hörmətsizlikdir olardı".

Bunu "Report"a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev "dənizçilər"lə müqavilə müddətini uzatması barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin onun üçün doğma olduğunu bildirib: "Neçə ildir buradayam, çox şadam ki, müqaviləni daha bir il yenilədik. Soruşdular ki, gedirsən, ya qalırsan. Mən qalmaq istədiyimi dedim. Həmişə demişəm, oynamağa gücüm var. Məni burada maddiyyat yox, futbol oynamaq istəyi saxlayıb".

Əmirquliyev rəhbərliyin yaxşı komanda formalaşdırmaq üçün çalışdığını söyləyib: "Gördüyünüz kimi, yeni transferlərimiz var, komanda güclənib".

Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən "Səbail"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi