Rafael Varan "Real Madrid"in məğlubiyyətinin məsuliyyətini üzərinə götürdü

Rafael Varan "Real Madrid"in məğlubiyyətinin məsuliyyətini üzərinə götürdü “Real Madrid”in müdafiəçisi Rafael Varan "Mançester Siti" ilə (1:2) Çempionlar Liqasının 1/8 finalının cavab matçında məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb.
Futbol
8 Avqust , 2020 05:56
Rafael Varan Real Madridin məğlubiyyətinin məsuliyyətini üzərinə götürdü

Real Madridin müdafiəçisi Rafael Varan "Mançester Siti" ilə (1:2) Çempionlar Liqasının 1/8 finalının cavab matçında məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Report" "The Athletic"ə istinadən xəbər verir.

"Mən öz üzümü göstərmək istəyirəm. Bu mənim məğlubiyyətimdir. Məsuliyyəti üzərimə götürürəm. Biz yaxşı hazırlaşdıq, amma belə səviyyədə səhvlərə baha başa gəlməli olur. Mən onları izah edə bilmirəm. Futbolda hər şey olur. Bu gün mənim üçün çox mürəkkəb gündür", - Varan deyib.

Qeyd edək ki, məhz Varanın kobud səhvləri “Real”ın iki top buraxmasına səbəb olub. Qarşılaşmanın birinci matçı da həmçinin "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə qurtarıb. Beləliklə, "şəhərlilər" yarışın yarımfinalına çıxıblar, “Real Madrid” Çempionlar Liqasındakı çıxışını dayandırıb.

Son xəbərlər

Orphus sistemi