Qvineyada 9 futbolçu yol qəzasında öldü

Qvineyada 9 futbolçu yol qəzasında öldü Qvineyada futbol komandasının avtobusu qəzaya uğrayıb.
Futbol
6 Mart , 2020 17:46
Qvineyada 9 futbolçu yol qəzasında öldü
0 : 00
0 : 00

Qvineyada futbol komandasının avtobusu qəzaya uğrayıb.

"Report" "Liverpool Echo"ya istinadən xəbər verir ki, qəza paytaxt Konakridən 250 km məsafədə yerləşən Mamu şəhərinin yaxınlığında baş verib.

Hadisə nəticəsində 9 futbolçu ölüb və digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qvineya Futbol Liqası məlumatı təsdiqləyib. Bildirilib ki, dünyasını dəyişən oyunçular arasında İngiltərə "Liverpul"unun futbolçusu Nabi Keytanın əmisi oğlu Almami Keyta da var. 

Son xəbərlər

Orphus sistemi