Qvardiola Niderland millisinin baş məşqçisi ola bilər

Qvardiola Niderland millisinin baş məşqçisi ola bilər İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda Niderland millisinin sükanı arxasına keçə bilər.
Futbol
23 Yanvar , 2022 11:56
Qvardiola Niderland millisinin baş məşqçisi ola bilər

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda Niderland millisinin sükanı arxasına keçə bilər.

"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, Niderland Futbol İttifaqı ispaniyalı mütəxəssislə danışıqlara başlayıb. Qurumun Qvardiolanı razı salmaq üçün bütün mümkün variantlardan istiadə edəcəyi bildirilib.

Daha əvvəl 51 yaşlı baş məşqçi müqaviləsinin sonunda "şəhərlilər"dən ayrılmaq və hər hansı yığmaya rəhbərlik etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın "Mançester Siti" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi