Qvardiola həmkarını Buddaya bənzətdi

Qvardiola həmkarını Buddaya bənzətdi İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın XXVI turunun "Vest Hem"lə oyunu öncəsi rəqib komandaya rəhbərlik edən Devid Moyeslə bağlı fikirlərini bildirib
Futbol
27 Fevral , 2021 15:27
Qvardiola həmkarını Buddaya bənzətdi
Xosep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında XXVI turun "Vest Hem"lə oyunu öncəsi rəqib komandadakı həmkarı Devid Moyeslə bağlı fikirlərini bildirib.

"Report" "Goal"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis onu Budda ilə müqayisə edib.

50 yaşlı mütəxəssis bildirib ki, Moyes və Roy Hocson kimi insanlardan xoşu gəlir: "Onların əla uzun karyeraları var. Mən də məşqçilik işinə bu cür həvəsimin olmasını istərdim. Moyes böyük təcrübəyə malikdir. Ən azı bir dəfə onun yerində olmağı arzu edirəm. O, həm yaxşı, həm də pis məqamlarda Budda kimi sakitdir".

Qeyd edək ki, "Mançester Siti" - "Vest Hem" matçı bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi