Qvardiola Braziliya millisinin baş məşqçisi ola bilər

Qvardiola Braziliya millisinin baş məşqçisi ola bilər İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Braziliya milli komandasına rəhbərlik edə bilər.
Futbol
7 aprel 2022 12:19
Qvardiola Braziliya millisinin baş məşqçisi ola bilər
Xosep Qvardiola

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Braziliya milli komandasına rəhbərlik edə bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Cənubi Amerika təmsilçisinin sükanı arxasına keçməyə əsas namizəd hesab olunur.

52 yaşlı baş məşqçinin bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra yeni işinə başlaya biləcəyi iddia edilib. Braziliya Futbol Federasiyasının Qvardiola və nümayəndələri ilə əlaqə saxladığı və ona 2026-ci ilədək müqavilə təklif etdiyi bildirilib. Təcrübəli mütəxəssis yığmada işləməyə razılıq versə, illik 12 milyon avro qazanacaq.

Qeyd edək ki, hazırda Braziliya millisinə Tite başçılıq edir.

Son xəbərlər

Orphus sistemi