Qvardiola 100 qələbə ilə Mourinyonun rekordunu təzələyib

Qvardiola 100 qələbə ilə Mourinyonun rekordunu təzələyib Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 100-cü qələbəsini qazanıb.
Futbol
30 Dekabr , 2019 04:58
Qvardiola 100 qələbə ilə Mourinyonun rekordunu təzələyib

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 100-cü qələbəsini qazanıb.

"Report" xəbər verir ki, yubiley qələbəsi İngiltərə Premyer Liqasın 20-ci turunun "Şeffild Yunayted"ə qarşı matçında qeydə alınıb. Matç "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qvardiola İngiltərə Premyer Liqası tarixində hamıdan daha sürətlə 100 qələbə qazanıb. Bunun üçün ona yalnız 134 matç lazım olub. Əvvəlki rekord "Tottenhem Hotspur"un baş məşqçisi Joze Mourinyoya aid idi. O, 142 matçda 100 qələbəyə imza atmışdı.

İlk "beşlik"də həmçinin "Liverpulun" baş məşqçisi Yurgen Klopp (159 matç), "Mançester Yunayted"in keçmiş məşqçisi Aleks Ferqyuson (162 matç)"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venqer (179 matç) qərarlaşıb.

Qeyd edək ki, "Mançester Siti" hazırda 41 xalla İngiltərə Premyer Liqasını yarış cədvəlində 3-cü yeri tutur. "Şəhərlilər" lider "Liverpul"dan 14 xal geri qalırlar.

Son xəbərlər

Orphus sistemi