Qus Hiddink karyerasını başa vurub

Qus Hiddink karyerasını başa vurub Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarının sabiq baş məşqçisi Qus Hiddink karyerasını başa vurub.
Futbol
241
10 Sentyabr , 2021 10:04
Qus Hiddink karyerasını başa vurub
Qus Hiddink

Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarının sabiq baş məşqçisi Qus Hiddink karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 75 yaşlı mütəxəssis "Voetbal International" nəşrinə açıqlamasında deyib.

O, futbolla həmişəlik vidalaşdığını bildirib: "Koronavirus səbəbindən son vaxtlar aktiv fəaliyyətlə məşğul deyildim. Dik Advokat kimi etməyəcəyəm. Futboldan birdəfəlik gedirəm".

Qeyd edək ki, son iş yeri Kurasao millisi olan niderlandlı mütəxəssis ölkəsində PSV, Türkiyədə "Fənərbağça", İspaniyada "Valensiya", "Real Madrid", İngiltərədə "Çelsi" və Rusiyada "Anji" komandalarına da başçılıq edib.

Son xəbərlər

Orphus sistemi