Qus Hiddink "Lester"ə rəhbərlikdən imtina edib

Qus Hiddink "Lester"ə rəhbərlikdən imtina edib Mütəxəssis Şeksprin öz vəzifəsinin öhdəsindən gəldiyini hesab edir
Futbol
2 Aprel , 2017 14:18
Qus Hiddink Lesterə rəhbərlikdən imtina edib

Bakı. 2 aprel. REPORT.AZ/ Hollandiyalı mütəxəssis Qus Hiddink İngiltərənin "Lester" futbol klubuna rəhbərlik etmək təklifinə mənfi cavab verib.

"Report" xəbər verir ki, bu barədə holland mütəxəssisə istinadən Britaniyanın "Telegraph" nəşri məlumat yayıb.

Komanda ilk dəfə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə çempionu olub. İtaliyalı mütəxəssisin klubdan kənarlaşdırılmasından sonra kollektivi onun köməkçisi Kreyq Şekspir çalışdırır.

"Mən onların təklifindən imtina etdim. Dedim ki, siz nə üçün də onun köməkçisinə etibar etməyəsiniz: Şekspir klubu tanıyır. Xoşbəxtlikdən haqlı çıxdım", - deyə Hiddink bildirib.

Komanda Şeksprin rəhbərliyi altında İngiltərə çempionatının son dörd oyununda qələbə qazanıb, Çempionlar Liqasının 1/8 final mərhələsində "Sevilya"nı iki matçın nəticəsinə görə yenərək ¼ finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi