Müxtəlif qurumlar idman jurnalistlərini təbrik edib

Müxtəlif qurumlar idman jurnalistlərini təbrik edib 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günüdür.
Futbol
2 İyul , 2021 19:32
Müxtəlif qurumlar idman jurnalistlərini təbrik edib

2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günüdür.

"Report"un məlumatına görə, bu münasibətlə Azərbaycandakı əlaqədar qurumlar media nümayəndələrini təbrik edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev idman jurnalistlərini təbrik edib və onlara peşə fəaliyyətində yeni uğurlar arzulayıb.

Bundan əlavə, AFFA rəsmi saytı vasitəsi ilə 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü ilə bağlı bu sahədə fəaliyyət göstərən mətbuat nümayəndələrinə təbriklərini çatdırıb və onlara yaradıcılıq uğurları arzulayıb.

Medianın İnkişafı Agentli əlamətdar günə aid rəsmi feysbuk hesabından post paylaşıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da idman jurnalistlərini təbrik edib.

O, Azərbaycan idman jurnalistikasında peşəkar, vətəna ləyaqətlə xidmət edən, ölkəni sevən, idmanı, bədən tərbiyəsini təbliğ edən şəxslərin olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi