Qurban Qurbanovun qatılacağı FİFA Konfransının müzakirə mövzuları müəyyənləşib

Qurban Qurbanovun qatılacağı FİFA Konfransının müzakirə mövzuları müəyyənləşib Azərbaycan millisinin baş məşqçisi "The Best" mükafatının təqdimat mərasimində də iştirak edəcək
Futbol
13 Sentyabr , 2018 13:59
Qurban Qurbanovun qatılacağı FİFA Konfransının müzakirə mövzuları müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransdakı müzakirə mövzuları müəyyənləşib.

"Report" FIFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 23-də işə başlayacaq tədbirdə fiziki hazırlıq, taktika və texnologiyanın yeni tendensiyaları, DÇ-2018-in əvvəlki dünya çempionatları ilə müqayisəsi və videotəkrar (VAR) sisteminin işini nəzərə alınmaqla hakimlik işinin xüsusiyyətləri müzakirə olunacaq.

Konfransda əlavə olaraq, nümayəndə heyətləri UEFA da daxil olmaqla, regional futbol konfederasiyalarının təşkil etdikləri xüsusi görüşlərdə iştirak edə biləcəklər. Onların əsas məqsədi dünya çempionatının fərqli bölgələrdə futbolun inkişafına olan təsirinin hərtərəfli təhlili olacaq. 

İngiltərənin paytaxtı Londonda təşkil olunacaq konfransda Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun da iştirakı nəzərdə tutulub. Konfrans iştirakçıları sentyabrın 24-də FİFA-nın ayrı-ayrı nominasiyalar üzrə təsis etdiyi "The Best" mükafatlarının təqdimat mərasimə də dəvət olunub. Tədbirdə FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri iştirak edəcək. 

Qeyd edək ki, 2018-ci ilin ən yaxşı futbolçusu adına Luka Modriç ("Real Madrid", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştianu Ronaldu ("Yuventus", Portuqaliya) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa), Zlatko Daliç (Xorvatiya) və ya Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) seçiləcək.   

Son xəbərlər

Orphus sistemi