Qurban Qurbanov: "Zirə" qol buraxmamaq üçün hər şeyi etdi"

Qurban Qurbanov: "Zirə" qol buraxmamaq üçün hər şeyi etdi" "Xeyli sayda qol epizodlarımız oldu. Hətta top dirəkdən də döndü. Heyətdə rotasiya etmişdik. 4-5 oyunluq yükləmədən sonra əsas heyət üzvlərində yorğunluq var idi. Bu gün az oynayanlara üstünlük verdik. Bədavi Hüseynov və Xayme Romeronun zədədən sonra ilk
Futbol
221
8 May , 2022 22:15
Qurban Qurbanov: Zirə qol buraxmamaq üçün hər şeyi etdi

"Bəlkə də oyun kənardan sürətli görünmürdü. Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Buna baxmayaraq, xeyli sayda qol epizodları yaratdıq. Heyətdə rotasiyalar etmişdik. Ən əsası da Bədavi Hüseynovla Xayme Romero 70 dəqiqəyə yaxın meydanda oldu. Uzunmüddətli zədədən sonra bu qədər oynamaq, məncə, xoş hal idi. Futbolçulardan razı qaldım. Ən yaxşı nəticə üçün çalışdılar. Rəqibə qol epizodu yaratmağa imkan vermədik. Futbolçular üçün asan deyil. Məncə, maraqlı oyun alındı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.

50 yaşlı mütəxəssis bildirib ki, komandanın xal itirməsi başadüşləndir: "Ötən mövsümdə də belə bir şey baş vermişdi. Uğurlu seriyadan sonra məğlub olacağımızı gözləyirdik. Bu gün yaxşı oyun göstərə bilərdik. Futbolçularım mövsüm ərzində ağır oyunlar keçirib. Rəqibi də qeyd etmək lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdilər".

Baş məşqçinin sözlərinə görə, oyuna köklənmə pis deyildi: "Amma arxayınlıq az da olsa, hiss edilir. Çalışırıq ki, qarşıdakı matçlarda bu, baş verməsin. 4-5 oyunluq yükləmədən sonra əsas heyət üzvlərində yorğunluq var idi. Bu gün az oynayanlara üstünlük verdik. Bədavi Hüseynov və Xayme Romeronun zədədən sonra ilk oyunları idi. Bu səbəbdən onları sonadək meydanda saxlamadıq. Özlərini yaxşı tərəfdən göstərdilər. "Zirə" də uduzmaq istəmirdi. Komandamdan razı qaldım".

Qurbanov Azərbaycan Kubokunun finalında "Zirə"yə qarşı keçirəcəkləri oyuna da toxunub: "Xeyli vaxtımız var. İnanıram ki, həmin oyuna optimal heyəti hazırlaya biləcəyik. Qarşıdakı matçlarda bəzi elementləri əldə etməyə çalışacağıq. Hər iki komanda üçün maraqlı görüş olacaq".

O, "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verilməməsinə də münasibət bildirib: "Mənim üçün Zaqatala da, Lənkəran da eynidir. Hər iki şəhərin futbol ənənəsi var, komandaları Premyer Liqada oynamağa layiqdir. 7-8 il əvvəlki müsahibələrimə baxsanız, görürsiniz ki, həmin matçlara tamam fərqli hazırlaşırdım. Futbolçular özlərini derbi matçında hiss edirdilər. Bölgələri bir-birindən ayırmıram. Sadəcə, saya deyil, keyfiyyətə də baxmaq lazımdır. Burada hər şey böyük rol oynayır. Müəyyən addım atıldı. Ümid edək ki, yaxşı olacaq. Tovuzda oynamışam, futbol ənənəsi var. Gəncəni tanıtmağa ehtiyac yoxdur. Azərbaycana ən çox futbolçu verən bölgələrdən biri olub. Azarkeş sayına görə də fərqlənib. Amma digər şəhərləri də yaddan çıxarmalı deyilik. Çoxdandır Gəncə və Tovuzda oynamamışıq. Yenidən həmin şəhərlərdə oynamaq xoş olacaq".

Son xəbərlər

Orphus sistemi