Qurban Qurbanov: "Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik"

Qurban Qurbanov: "Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik" "Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah səfərdə "Makkabi"nin qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:
Futbol
21 oktyabr 2020 18:09
Qurban Qurbanov: Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik
Qurban Qurbanov

"Rəqibimizin Çempionlar Liqasında həm Belarusun "Dinamo" (Brest), həm də Avstriyanın "Zaltsburq" komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"yə qarşı keçirəcəkləri Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməyən 48 yaşlı mütəxəssis bildirib ki, "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.

Qurbanov hazırda Qarabağda müharibə getdiyi üçün fikirlərinin Azərbaycan əsgərlərinin yanında olduğunu diqqətə çatdırıb: "Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir".

Baş məşqçi futbolçuları sabahkı matça motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi