Qurban Qurbanov: "Rəhbərlik onlarla danışıqlara başlayacaq"

Qurban Qurbanov: "Rəhbərlik onlarla danışıqlara başlayacaq" "Qarabağ" cari mövsümün sonunda müqaviləsi başa çatacaq Patrik Andrade və Luka Quqeşaşvili ilə danışıqlara başlayacaq.
Futbol
15 Aprel , 2022 22:41
Qurban Qurbanov: Rəhbərlik onlarla danışıqlara başlayacaq

"Qarabağ" cari mövsümün sonunda müqaviləsi başa çatacaq Patrik Andrade və Luka Quqeşaşvili ilə danışıqlara başlayacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya 8:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra açıqlama verib.

50 yaşlı mütəxəssis hər iki oyunçudan razı olduğunu bildirib: "Düzdür, Andradenin müqaviləsi bitir. Amma qarşıda çox oyunumuz var. Klub rəhbərliyi hər ikisi ilə danışıqlara başlayacaq. Lakin mənim üçün futbolçunun arzusu çox vacibdir. Yaxşı futbolçu ola bilər. Amma ürəyi başqa yerdə qalacaqsa, saxlamağın mənası yoxdur. Quqeşaşvili çox perspektivli qapıçıdır. Qolkiperə lazım olan bütün xüsusiyyətlər onda var. Sadəcə, daha işgüzar və istəkli olmalıdır. Şahruddin Məhəmmədəliyev çoxdan oynamırdı. Artıq əvvəlki ritminə qayıdır. Gürcüstanlı qapıçı ilə bağlı da nikbinəm. Lakin qarşıda hələ vaxtımız var".

Qeyd edək ki, Patrik Andrade ilə Türkiyə klubları yaxından maraqlanır. Luka Quqeşaşvili isə ölkəsinin "Dila" klubundan cari mövsümün sonunadək icarəyə götürülüb.

Son xəbərlər

Orphus sistemi