Qurban Qurbanov: "Ramili müdafiəyə qoysaq da, ancaq hücumda görürdüm"

Qurban Qurbanov: "Ramili müdafiəyə qoysaq da, ancaq hücumda görürdüm" "Öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdi. Bəzi futbolçular çox istəkli idilər. Bunun faydası da çox oldu. hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqib də yorğunluq hiss olunurdu. Bəl
Futbol
11 Fevral , 2022 19:57
Qurban Qurbanov: Ramili müdafiəyə qoysaq da, ancaq hücumda görürdüm

"Ramili müdafiəyə çəksək də, arxada görmürdüm, ancaq hücumda idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, 26 yaşlı hücumçunun müdafiənin sağ cinahına keçməsi görüşün gedişatından asılı olub: "Hesab da buna imkan verir. Bəzi futbolçularımıza görə narahat idik. Buna görə dəyişikliklərə əl atdıq. Heç də pis alınmırdı".

Qurbanov komandasının çıxışından razı qaldığını söyləyib: "Öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdik. Bəzi futbolçular çox istəkli idilər. Bunun da faydası çox oldu. Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqibdə yorğunluq hiss olunurdu. Bəlkə də buna görə bizim üçün asan oldu. Halbuki "Keşlə"yə qarşı matçlarımız hər zaman ağır keçib".

Onun sözlərinə görə, "Qarabağ"dakı hər bir futbolçu əsas heyətdə oynamağa layiqdir: "Sadəcə, dəyişiklik edəndə fərqli hücumlar qurmaq lazım olur. Hər oyunçunun öz üstünlüyü var. Hamısından düzgün istifadə edə bilsək, nəticə əldə etmək olar. Amma bu cür oyunlar ilboyu olmur. İlk hissənin ortalarında oyunçularda yorğunluq var idi".

Son xəbərlər

Orphus sistemi