Qurban Qurbanov "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibini dəyərləndirib

Qurban Qurbanov "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibini dəyərləndirib "Gürcüstan çempionatının davam etməsi "Samtredia"nın üstünlüyüdür"
Futbol
19 İyun , 2017 15:00
Qurban Qurbanov Qarabağın Çempionlar Liqasındakı rəqibini dəyərləndirib

Bakı. 19 iyun. REPORT.AZ/ “5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".

"Report"un məlumatına görə, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 

O bildirib ki, hazırda Gürcüstan çempionatının davam etməsi "Samtredia"nın üstünlüyüdür: "Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.

Son xəbərlər

Orphus sistemi