Qurban Qurbanov: "Marsel"in adından çəkinməyəcəyik"

Qurban Qurbanov: "Marsel"in adından çəkinməyəcəyik" "İki ay vaxtımız var, rəqibi daha yaxından tanıyacağıq".
Futbol
13 Dekabr , 2021 18:04
Qurban Qurbanov: Marselin adından çəkinməyəcəyik
Qurban Qurbanov

"Arzuolunmaz komanda ilə düşdüyümüzü düşünə bilərik. İlk olaraq bizim rəqib bilindi. Mən hər zaman futbolçularımın daha da böyüməsini istəyirəm. Azərbaycana daha titullu komandaların gəlməsinə, deməzdim, sevinmişəm. Sadəcə, bildirmişəm ki, bunun futbolumuzun inkişafı üçün faydası olacaq".

Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Ağdam klubu 1/8 finala vəsiqə uğrunda Fransa "Marsel"i ilə qarşılaşacaq. 49 yaşlı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib: Bunadək də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzsaq da, futbolçular layiqli oyun göstəriblər. Bu il təcrübəmiz daha çoxdur. Məndə bu il turnirə başlayanda hansı istək var idisə, futbolçularıma necə güvənirdimsə, indi də eyni vəziyyətdir. 2 ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün formada çatdıraq və layiqli mübarizə aparaq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, həm səfərdə, həm də evdə ən yaxşı matçlarımızdan birini oynayacağıq. Komandama güvənirəm".

Qeyd edək ki, "Qarabağ" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi