Qurban Qurbanov: "Polislə azarkeş mehriban düşməndir, dost olmaq lazımdır"

Qurban Qurbanov: "Polislə azarkeş mehriban düşməndir, dost olmaq lazımdır" Polislə azarkeş mehriban düşməndir.
Futbol
31 İyul , 2019 23:33
Qurban Qurbanov: Polislə azarkeş mehriban düşməndir, dost olmaq lazımdır

"Polislə azarkeş mehriban düşməndir".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İrlandiya "Dandolk"u ilə keçirilən matçda (1:0) tribunada polislə azarkeşlər arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.

"Polislə azarkeş mehriban düşməndir. Əksər matçlarda belə olub. Aralarında problem yaranıb. Həmişə fanatlarımızın yanında olmuşuq. Mehriban düşmən yox, dost olmaq lazımdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi