Qurban Qurbanov: "Oyunun çətin olacağını futbolçulara demişdim"

Qurban Qurbanov: "Oyunun çətin olacağını futbolçulara demişdim" Bakı. 3 mart. REPORT.AZ/ Qarabağın baş məşqçisi Qurban Qurbanov səfərdə Sumqayıtla 1:1 hesablı heç-heçə etdikləri futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransı keçirib.
Futbol
3 Mart , 2018 23:07
Qurban Qurbanov: Oyunun çətin olacağını futbolçulara demişdim

Bakı. 3 mart. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, təcrübəli mütəxəssis öncə oyun haqda danışıb:

- Hər iki komandanın futbolçularını təbrik edirəm. Sona qədər mübarizə apardılar. Eyni zamanda azarkeşlərə təşəkkürümü bildirmək istərdim. Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim.

Hazırda "Sumqayıt" ən yaxşı performansdadır. Bunu bu gün bir daha gördük. Futbolçularımız oyuna nəzarəti itirmədilər və 1 xal qazana bildik. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün bir o qədər yaxşıdır. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq.

- Yarımmüdafiənin cinahında Danini yox, Geryeni oynatdınız. Geryedən gizli silah kimi istifadə etməyə çalışırdınız?

- Bəli, planımızda var idi. Dani topla daha çox rəftar edir, Gerye isə əksinə. Ona görə də Danini ehtiyatda saxlayıb, Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq.

- Sanki futbolçularınızda arxayınlıq var. Bu fikirlə razısınız?

- Belə düşünmürəm. Futbolçularım bilir ki, hər bir komandaya qarş oynamaq çətindir. Çempionatda hər bir oyuna son matç kimi hazırlaşırıq. Biz nə qədər belə olmadığını desək də, ola bilər ki, bir qədər boşluq var. Belə həvəssizlik varsa, bunu aradan qaldırmağa çalışacağıq.

- İbrahim Şehiç oyunu tərk edəndə ağrılar hiss edirdi. Zədəsi varmı?

- İnanmıram ki, ciddi bir şey olsun.

Son xəbərlər

Orphus sistemi