Qurban Qurbanov: "O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək"

Qurban Qurbanov: "O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək" Bakı. 31 yanvar. REPORT.AZ/ Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov Neftçi ilə Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl brifinq keçirib. 47 yaşlı mütəxəssis Reportun suallarını da cavablandırıb:
Futbol
1706
31 Yanvar , 2019 16:57
Qurban Qurbanov: O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək

Bakı. 31 yanvar. REPORT.AZ/ "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl brifinq keçirib. 47 yaşlı mütəxəssis "Report"un suallarını da cavablandırıb:

- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından nə dərəcədə razı qaldınız?

- Düzdür, yoxlama matçlarımız yağışlı havada keçdi, hətta bir matçımız təxirə düşdü. Lakin bacardığımız qədər proqramdan kənara çıxmamağa çalışdıq. Əlbəttə, istərdik daha yaxşı hava şəraiti olsun. Lakin hazırlıqdan razı qaldım. Belə hava futbolçuların möhkəmlənmələri üçün yaxşıdır. Buna problem kimi baxmıram. 

- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Futbolçularınızla söhbətdə bu matçın derbi olduğunu vurğulayırsınız, yoxsa görüşə sıradan bir oyun kimi yanaşırsınız?

- Matça ciddi yanaşırıq. Buna derbi deməyə bilmərik, həqiqətən, derbidir. Amma futbolçuların üzərinə bir o qədər də getmirik. Oyunçular da diqqətli olmalıdırlar. 

- Start heyətini müəyyənləşdirmisiniz?

- Tam olmasa da, müəyyənləşdirmişik. Təxminən, 90 faiz bəllidir. Oyunun "Azərsun Arena"da yox, burada keçirilməsi problem deyil. 

- Dario Frederiko "Neftçi"dən ayrıldı. Bu sizin planlarınıza təsir etdimi və sizin üçün sevindirici xəbər sayıla bilər?

- Çox istərdim ki, yaxşı oyunçular bizim çempionatda qalsın. Lakin Dario Federikonu əvəzləyə biləcək oyunçular var. Məsələn, Namiq Ələsgərov və ya Platellas onu əvəzləməyə qadirdir. Darionun gedişi bizim planlarımıza təsir etmir. Bir-iki futbolçunun oynamaması "Neftçi"yə təsir etməz. 

Riçard Almeyda komandaya qayıdıb. Onun yoxluğu gedəndən sonra hiss olunurdu. Qışdan sonra əvvəlki "Qarabağ"ı görə biləcəyik?

- Hər zaman heyətimizin yaxşı olmasını istəyirik. O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək. Əlbəttə, belə bir futbolçunun qayıtması kollektivə müsbət təsir edir. Riçard üçün darıxanlar onu səbirsizliklə gözəyirdilər. İstədiyimiz oyunu qurmaqda onun bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir futbolçu ilə komanda nə güclənir, nə də zəifləyir.

- Transfer çalışmalarınızı yekunlaşdırmısınız?

- Transferlərlə bağlı danışıqlarımız davam edir. Hücumçu da ola bilər, yarımmüdafiəçi də. 

- Con Delarj əvəzedici komandadadır. Onun hazırkı durumu nə yerdədir və gələcəyi necə olacaq?

- Con Delarjla bağlı bizə müraciət daxil olmayıb. Hələlik əvəzedici komandada qalacaq.

Son xəbərlər

Orphus sistemi