Qurban Qurbanov idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Qurban Qurbanov idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Futbol
23 May , 2022 15:14
Qurban Qurbanov idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin Futbol sektorunun müdiri Fikrət Hüseynov və digər şəxslər iştirak ediblər.

Nazir müavini tədbir iştirakçılarını salamlayıb və “Məşqçilərimizi tanıyaq” layihəsinin yeni olduğunu söyləyib: "İlk görüşdə qonağımız voleybol mütəxəssisi Faiq Qarayev idi. Həmin görüş hamı üçün faydalı alınıb. Bugünkü görüş də elə olacaq. İndiki qonağımız məşhur baş məşqçi Qurban Qurbanovdur".

Daha sonra Qurban Qurbanova nazirlik adından hədiyyə olaraq plaket təqdim edilib. Qurbanov isə nazir müavininə top və forma verib. Ardınca Qurbanova həsr edilmiş videoçarx nümayiş olunub.

Qurban Qurbanov videoçarxı izlədikdən sonra duyğunlandığını deyib: "Belə layihədə iştirak çox xoş oldu. Hər birinizi burada görməkdən şadam. Bizim adlı-sanlı idmançılarımız buradadır. Hamısını salamlayıram. Bu, ikinci görüşdür. Daha əvvəl çox hörmət bəslədiyim Faiq Qarayev burada olub. Məşqçilikdə onun böyük təcrübəsi var, digər mütəxəssislərə nümunədir. Onu daim kənardan izləmişəm, mənim hörmət etdiyim şəxslərdən biridir".

Daha sonra 50 yaşlı baş məşqçi sualları cavablandırıb. Sonda o, ən yaxşı sualı verən tələbəyə "Qarabağ"ın formasını hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi