Qurban Qurbanov: "Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır"

Qurban Qurbanov: "Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır" "Bütün fikrimizi "Samtredia" ilə səfər qarşılaşmasına yönəltmişik"
Futbol
14 İyul , 2017 17:32
Qurban Qurbanov: Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır

Bakı. 14 iyul. REPORT.AZ/ "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü barədə fikirlərini bölüşüb. "Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında növvbəti rəqibin kimliyi ilə maraqlanmadıqlarını bildirib. 

Q.Qurbanov deyib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. Hazırda iyulun 18-də Gürcüstanda “Samtredia” ilə keçirəcəyimiz II təsnifat mərhələsinin cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, "Şerif" Moldovadakı ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab görüşü iyulun 19-da Albaniyada keçiriləcək. "Qarabağ" isə Bakıda "Samtredia"nı darmadağın edib - 5:0.  

Son xəbərlər

Orphus sistemi