Qurban Qurbanov: "Hamının oyundan zövq almasına çalışdıq"

Qurban Qurbanov: "Hamının oyundan zövq almasına çalışdıq" "Qarabağ" klubunun baş məşqçisi oyunu qiymətləndirib
Futbol
27 Sentyabr , 2017 22:41
Qurban Qurbanov: Hamının oyundan zövq almasına çalışdıq
Report/ Firi Salim

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Xüsusən oyunun başlanğıcı ağır oldu. İlk dəqiqələrdən rəqib nəyə qadir olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli olmağa və rəqibi tanımağa başladılar. İlk oyunda nəticə sarıdan məğlub olsaq da, hamının oyundan zövq almasına çalışdıq. Rəqib layiqli qələbə qazandı".

"Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə yenildikləri Çempionlar Liqasının II tur matçından sonra deyib.

Jurnalistlərin sualları olmadığı üçün 45 yaşlı mütəxəssisin mətbuat konfransı erkən yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi