"Qarabağ"ın baş məşqçisi: "Hakimliklə bağlı başımıza çox iş gəlib"

"Qarabağ"ın baş məşqçisi: "Hakimliklə bağlı başımıza çox iş gəlib" "Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularında yorğunluq var idi. Çox layiqli qələbə qazandıq".
Futbol
4 Dekabr , 2021 20:40
Qarabağın baş məşqçisi: Hakimliklə bağlı başımıza çox iş gəlib

"Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularında yorğunluq var idi. Çox layiqli qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, İbrahima Vadjini oyunun gedişatına görə meydana buraxıb: "Rəqibdə qapanma olsaydı, Musa Qurbanlını bəlkə də meydana buraxardım".

O, komandanın zədəli futbolçusu Kevin Medinanın durumuna da aydınlıq gətirib: "Medina ötən gün məşqin sonunda əzələsində ağrı hiss etdi. Bu gün MRT müayinəsindən keçdi. əzələsində qanama var idi. Qarşıdakı iki gündə vəziyyətinə baxacağıq. Oynama ehtimalı 50/50-dir".

Qurbanov hakimliklə bağlı başlarına çox iş gəldiyini söyləyib: "Kimə deyirsən, "hakim də insandır, o da səhv edə bilər" cavabını verir. Hakimliyi hazırda fikirləşmirik. Elə oyunlar olub ki, hakim səhvlərinə rəğmən, qalib gəlmişik. Amma hakim ciddi amildir. Bir səhvlə bütün əziyyəti yerə vura bilərsən. Çox olub ki, "Görəsən, bilə-biləmi ediblər?" deyə fikirləşmişik. Bizim də lehimizə səhvlər olub. Amma "Bazel" kimi rəqiblərlə oyunlarda hakimlik vacib amildir. Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə, rəqibdən çəkinmədən çıxış etməyə gedirik. Elə çıxmasın ki, biz növbəti mərhələni təmin etmişik, ona görə arxayın oynayacağıq".

Baş məşqçi çempionluğun yarısının təmin olunduğunu əsla düşünmədiyini vurğulayıb: "Komadamda da belə düşüncə yoxdur. Qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq".

O, İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqası oyunu öncəsi hücum xəttində hansı futbolçuya şans verəcəyini dəqiqləşdirmədiyini bildirib: "İbrahima Vadji və Ramil Şeydayev arasında seçim etməmişəm. Hansı oyuna üstünlük verəcəyimizi özümdə müəyyənləşdirmişəm. Hələ bir neçə gündən sonra qəti qərar verəcəyik".

Son xəbərlər

Orphus sistemi