Qurban Qurbanov: "Futbolun inkişafı üçün hər sahədə sözükeçən adamlar lazımdır"

Qurban Qurbanov: "Futbolun inkişafı üçün hər sahədə sözükeçən adamlar lazımdır" "Hiss etdim ki, çox ciddi bir yerdəyəm"
Futbol
11 Mart , 2016 14:02
Qurban Qurbanov: Futbolun inkişafı üçün hər sahədə sözükeçən adamlar lazımdır

Bakı. 11 mart. REPORT.AZ/ "Baxmayaraq ki, bu günə qədər sırf öz klubumuzla maraqlanırdım, bu gündən etibarən hiss etdim ki, çox ciddi bir yerdəyəm. Çünki burada daima Azərbaycan futbolunun inkişafı üçün müzakirələr olacaq və qərarlar veriləcək". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin yeni üzvü Qurban Qurbanov deyib.

O, qeyd edib ki, İK-da qərarların qəbulunda doğru seçim etməyə çalışacaq: "Bu qərarlar Azərbaycan futbolunun gələcəyi üçün faydalı olmalıdır. Bu gündən sonra İK-nın iclaslarında Azərbaycan futbolunun inkişafı üçün fikirlərimi bildirəcəyəm. İlk görüş çox maraqlı oldu. Məni daha çox maraqlandıran təkcə futbol mütəxəssisləri deyil, hər sahədən üzvlərin olması idi. Bu da vacib amillərdəndir. Hər sahədə futbolun inkişafı üçün sözükeçən adamlar lazımdır. Bu da futbola marağın böyüməsinə səbəb olur. Kənardan asan görünə bilər, ancaq mənim üçün futbol daha məsuliyyətli sahə oldu".

Q.Qurbanov İK-ya üzv seçilməsindən də danışıb: "AFFA rəhbərliyi ilə görüşlərimiz olurdu və öz fikirlərimizi bildirirdik. Yəni, İK-ya üzv seçilməyim birdən-birə olmadı. Son bir neçə ildə qarşılıqlı fikir mübadiləsi aparırdıq".

Son xəbərlər

Orphus sistemi