Qurban Qurbanov: "Futbolçularımız çempion olmağa istəklidirlər"

Qurban Qurbanov: "Futbolçularımız çempion olmağa istəklidirlər" Futbolçularımı təbrik edirəm. Həqiqətən, istəkli idilər. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik.
Futbol
1 Aprel , 2019 20:48
Qurban Qurbanov: Futbolçularımız çempion olmağa istəklidirlər
Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Həqiqətən, istəkli idilər. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXII turunda "Sumqayıt"ı səfərdə 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 

47 yaşlı mütəxəssis hər oyunun ağır olduğunu dəfələrlə bildirdiyini deyib: "Belə oyunlar il ərzində az sayda olur. Futbolçularımız çempion olmağa istəklidirlər. Amma idmanda hər şey istədiyin kimi olmur. İşimiz növbəti matçlara hazırlaşmaqdır".

Qurbanov komandanın ölkə kubokunda da mübarizəni davam etdirdiyini və hər iki turnirin vacib olduğunu söyləyib: "Çempionluq üçün kuboku əldən vermək düşüncəsi heç vaxt olmayıb. İkisini də qazanmaq şansımız varsa, niyə yararlanmayaq"?

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov isə oyuna pis başlamadıqlarını deyib: "Görüşdə ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları kökləmək çətin idi. Üzərimizdə təzyiq var. 5 gündən sonra "Zirə" ilə oyuna hazırlaşacağıq".

Son xəbərlər

Orphus sistemi