Qurban Qurbanov futbol üzrə milli komandanın baş məşqçisi postundan istefa verib - ƏLAVƏ OLUNUB

Qurban Qurbanov futbol üzrə milli komandanın baş məşqçisi postundan istefa verib - ƏLAVƏ OLUNUB Bakı. 8 dekabr. REPORT.AZ/ Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.
Futbol
899
8 Dekabr , 2018 13:24
Qurban Qurbanov futbol üzrə milli komandanın baş məşqçisi postundan istefa verib - ƏLAVƏ OLUNUB
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov / Report/ Firi Salim

Bakı. 8 dekabr. REPORT.AZ/ Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.

"Report"un xəbərinə görə, bu barədə o, özü məlumat verib.

"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək", - o əlavə edib.

"Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət çoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.

O nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacağam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər.

Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".

Son xəbərlər

Orphus sistemi