Qurban Qurbanov: "Ən yaxşısını etməyə, daha tez oynamağa çalışacağıq"

Qurban Qurbanov: "Ən yaxşısını etməyə, daha tez oynamağa çalışacağıq" "Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir".
Futbol
29 İyul , 2021 00:43
Qurban Qurbanov: Ən yaxşısını etməyə, daha tez oynamağa çalışacağıq

"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsraildə "Aşdod"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis meydanda ən yaxşısını və ən düzünü etməyə, Bakıdakından daha tez və daha diqqətli oynamağa çalışacaqlarını vurğulayıb: "Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".

Qeyd edək ki, iyulun 29-da Aşdod şəhərindəki "Jabotinski" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi