Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb Bakı. 2 yanvar. REPORT.AZ/ “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 1 pillə irəliləyib.
Futbol
2 Yanvar , 2019 12:19
Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 1 pillə irəliləyib.

“Report” “Football World Rankings” saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 460-cı sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Son xəbərlər

Orphus sistemi