Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik"

Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik" "Demək olar ki, heç nə alınmadı"
Futbol
25 Noyabr , 2016 00:41
Qurban Qurbanov: Bütün diqqətimizi son görüşə yönəldəcəyik

Bakı. 25 noyabr. REPORT.AZ/ "Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”.

"Report" xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Slovan"a 0:3 hesabıyla məğlub olan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Son vaxtlar bu qədər uduzduğumuz epizod olmamışdı. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”.

Son xəbərlər

Orphus sistemi