Qurban Qurbanov: "Bunu yalnız qorxaqlar edə bilərlər"

Qurban Qurbanov: "Bunu yalnız qorxaqlar edə bilərlər" London. 14 dekabr. REPORT.AZ/ Qarabağın baş məşqçisi Qurban Qurbanov İngiltərədə Arsenal komandası ilə oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.
Futbol
14 Dekabr , 2018 02:43
Qurban Qurbanov: Bunu yalnız qorxaqlar edə bilərlər

London. 14 dekabr. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal" komandası ilə oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

"Report"un London bürosu xəbər verir ki, 46 yaşlı mütəxəssis erməni fanatın qondarma DQR bayrağı ilə meydana soxulmasını pisləyib.

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar". 

Qeyd edək ki, oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aytən ABBASLI

Son xəbərlər

Orphus sistemi