Qurban Qurbanov: "Bu, heç bir komanda üçün xoş hal deyil"

Qurban Qurbanov: "Bu, heç bir komanda üçün xoş hal deyil" "Oyunun sonunda belə hal yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür. Belə hal heç bir komanda üçün xoş hal deyil. Amma ümumən biz idmançılarıq. Daha çox çalışmalı, öz işimizlə məşğul olmalıyıq.
Futbol
5 Avqust , 2021 23:49
Qurban Qurbanov: Bu, heç bir komanda üçün xoş hal deyil

"Oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə hal heç bir komanda üçün xoş deyil: "Amma ümumən biz idmançılarıq. Daha çox çalışmalı, öz işimizlə məşğul olmalıyıq. Bəzən elə hallar olur ki, hamımız reaksiya veririk. Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq".

Qurbanovun sözlərinə görə, dünya futbolunda da belə hallar çox olub: "Bəlkə də futbolun gözəlliyi və özəlliyidir. Amma hər bir halda heç kim istəməz ki, bunlar baş versin. Çünki nəticə heç də yaxşı olmur. Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi ilə danışdıq, o da davranışımıza görə bizə təşəkkür etdi. Azarkeşlər həddindən artıq aqressiv idilər, futbolçularımıza yad əşya atırdılar. Vurdular, birinin başına, birinin qoluna dəydi".

Baş məşqçi bildirib ki, bütün bunlar UEFA nümayəndəsinin gözləri qarşısında baş verib: "Mən maksimum dərəcədə futbolçularımızı sakitləşdirməyə çalışırdım. Düzdür, sonda özümü bir qədər aqressiv apardım. Amma Bakıdakı oyunda idman prinsiplərini qorumağa çalışacağıq. Çünki işimiz meydanda özümüzü doğru-düzgün idarə etmək və yaxşı nəticə qazanmaqdır".

Son xəbərlər

Orphus sistemi