Qurban Qurbanov: "Bizim üçün vacib olan 3 xalı əldə etdik"

Qurban Qurbanov: "Bizim üçün vacib olan 3 xalı əldə etdik" Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı əldə etdik.
Futbol
23 Sentyabr , 2019 21:11
Qurban Qurbanov: Bizim üçün vacib olan 3 xalı əldə etdik
Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı əldə etdik".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis oyunda zədələnən Xayme Romeronun durumu haqqında da danışıb: "Deyəsən onun durumu yaxşı deyil. Ola bilsin, zədəsi ciddidir. Digər zədəli oyunçulara gəlincə, Mahir Emreli kollektivə daha tez qoşula bilər. Fərdi məşqlərə başlayıblar".

Son xəbərlər

Orphus sistemi