Qurban Qurbanov: "Bizim işimiz çətinləşdi"

Qurban Qurbanov: "Bizim işimiz çətinləşdi" "Sivasspor"u təbrik edirəm. Çox istəkli idik. Daha yaxşı oynaya bilərdik, amma qarşımızda yaxşı müdafiə xətti var idi".
Futbol
1171
6 Noyabr , 2020 00:05
Qurban Qurbanov: Bizim işimiz çətinləşdi
Qurban Qurbanov

"Rəqibi təbrik edirəm. Çox istəkli idik, daha yaxşı oynaya bilərdik. Daha çox topa sahib olmaq istədik, amma qarşımızda yaxşı müdafiə xətti var idi".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqib sürətli hücuma çıxıb. O, mərhələ şanslarının azaldığını da vurğulayıb: "Qrupdan çıxmaq bizim üçün çətinləşdi".

Son xəbərlər

Orphus sistemi